Milli Şurada növbəti qalmaqal - Bu dəfə Altay Göyüşov təhqir olundu - VİDEO
Milli Şuranın Koordinasiya Mərkəzinin “Zoom”la keçirilən iclasının daha bir videosu yayılıb.
“Minval.info” xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda bu dəfə hədəf tarixçi Altay Göyüşov olub.
Belə ki, onunla bağlı müzakirəni Milli Şuranın üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli açıb. Gültəkin Hacıbəyli Altay Göyüşovun ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızını təhqir etdiyini bildirib.
Bu məqamda “Azadlıq” qəzetinin sabiq baş redaktoru Rahim Hacıyev Altay Göyüşovu təhqir edib. Ötən gün Milli Şuradan istefa verdiyini açıqlayan Rafiq Manaflı da Altay Göyüşovla bağlı mənfi fikirlərə qoşulub.
Gültəkin Hacıbəyli isə Altay Göyüşovu tərbiyəsiz adlandırıb.
Qeyd edək ki, bundan öncə Milli Şura üzvlərinin daha bir toplantısının sosial şəbəkədə yayılan görüntüləri qalmaqala səbəb olmuşdu. Həmin toplantıda G.Hacıbəyli ilə Rafiq Manaflı cinsi azlıq nümayəndələrini təhqir etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək