Milli Məclisin ilk iclası bu tarixdə keçiriləcək - Yenilənib
VI çağırış parlamentin yaz sessiyasının ilk iclasının martın 12-də keçiriləcəyi gözlənilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq ilk iclasa hazırlıq işləri gedir.
Xatırladaq ki, daha əvvəl koronavirus təhlükəsi ilə əlaqədar olaraq, VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiblər. Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.
**
Milli Məclisin yeni tərkibdə ilk iclasının vaxtı dəyişib. “Qafqazinfo”nun məlumatına görə, iclas martın 10-da (sabah) keçiriləcək.
İclasdan əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputat vəsiqələrini təqdim edəcək. Daha sonra parlamentə seçilmiş deputatların siyahısını oxuyacaq və Milli Məclisin Sədri seçilənədək birinci iclası başlanacaq.
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir