"Millətin zövqünü korlamayın" - Ramaldan Elarizlə Fatiməyə
Müğənni-bəstəkar Ramal İsrafilov “Üçəlli” verilişində qalmaqallı açıqlamalar verib.
Axşam.az xəbər verir ki, sənətçi əvvəlcə Amerikaya köçən Elariz Məmmədoğlunun oxumasını tənqid edib:
“Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Bəxtinə baxın, özü Bakıda yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, tembri də yoxdur. Səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir”.
Ramal daha sonra rəqqasə Fatimə Fətəliyevanın oxumağını qınayıb:
“Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Hərə öz işi ilə məşğul olsun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək