"Milan" Qattuzo ilə yolları ayırdı
“Milan” baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayırıb.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi ilə 41 yaşlı mütəxəssis arasında görüş zamanı bu qərar verilib.
Qattuzo görüşdən sonra istefası ilə bağlı bunları deyib: “Milan”dan ayrılmaq asan deyildi, amma bu qərarı vermək lazım idi. İki illik müqaviləmdən imtina edirəm. Çünki “Milan”la aramda pul məsələsi haqda danışa bilmərəm. Burada üzərimdə böyük təzyiq var idi. 18 ayda gecələri çox çətin yatdığımı söyləyə bilərəm. Mövsüm ərzində səhvlər etdik, amma yaxşı bir ili geridə qoyduq. Son 3-4 ayda isə istədiyimiz nəticələri əldə edə bilmədik. Komandama təşəkkür edirəm, 68 xal toplayaq Çempionlar Liqasına gedə bilməsək də, onlarla qürur duyuram”.
Qeyd edək ki, “Milan” A seriyasını 68 xalla 5-ci pillədə başa vurub. Komanda növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi