"Meyxanaçılar narkomandır düşüncəsi yalnışdır" - meyxanaçıdan etiraz
“Hazırda meyxana narkotiklə mübarizə aparır. Meyxana narkotiki təbliğ etmir”.
Minval.info xəbər verir ki, b u sözləri tanınmış meyxanaçı Pünhan Əzim bəstəkar-müğənni Murad Arifin “Popumuz var” verilişində qonaq olarkən deyib. O aparıcının “Niyə meyxana aləmində narkotik mövzusu danışılır” sualına meyxanaçı etiraz edib. O bildirib ki, narkomanlar bütün sahələrdə var:
“Meyxanaçılar narkomandır” düşüncəsi yalnışdır. Narkotika cəmiyyətin bəlasıdır. Məgər digər sahələr və yaxud müğənnilər arasında narkomanlar yoxdur? Əlbətdə ki, var. Sadəcə meyxanaçılar digər sənət sahələrindən fərqli olaraq daha çox xalqın içində, göz qabağında və yanındadır. Ona görə gə meyxanaçılar haqqında rəy var. Amma, məsələn opera ifaçılarını bizim qədər xalq tanımır, ona görə də pis vərdişlərinə bələd deyil.
P. Əzim “Demək istəyirsən ki, narkoman meyxana ifaçıları narkoman opera ifaçılarından çox deyil” sualına isə “İndi , hal-hazırda elədir” cavabını verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var