Metro yaxınlığında yeni həyat: 'City garden narimanov' layihəsinin üstünlükləri ilə tanış olun
Bir zamanlar mənzil alarkən ən vacib sual ‘ev neçə kvadratdır?’ idi. Lakin bu gün alıcılar daha geniş kriteriyalara diqqət yetirirlər. Mənzilə çatmaq üçün tələb olunan vaxt, yaxınlıqda mövcud olan imkanlar, uşaqlar üçün məktəb və istirahət yerlərinin mövcudluğu kimi amillər də seçim prosesinə təsir edir.
Minval.info xəbər verir ki, bu dəyişən tələblər fonunda ‘City Garden Narimanov’ layihəsi fərqli ehtiyacları bir araya gətirən yeni yaşayış modeli təqdim edir. ‘N.Nərimanov’ metro stansiyasına yaxın yerləşən bu yaşayış kompleksi, mərkəzi mövqeyin üstünlüklərini geniş yaşayış imkanları ilə birləşdirir.
Bu layihədə hazır binalarda 58,84 kv.m-dən 169,74 kv.m-dək sahəsi olan 2 otaqlı studiyadan 4 otağa qədər mənzillər mövcuddur. Tikintisi davam edən binalarda isə 59,65 kv.m-dən 150,67 kv.m-dək 2 otaqlı studiya, 2, 3 və 4 otaqlı mənzil seçimləri təqdim edilir.
Mənzillər sərfəli ipoteka və daxili kredit şərtləri ilə satışa çıxarılıb. ‘City Garden Narimanov’ sakinlərinə tam və premium təmirli mənzillər təqdim edir. Mənzillərdə Almaniya istehsalı ‘HARO’ parketləri, İtaliya istehsalı ‘GEWISS’ elektrik açarları və ‘Prysmian’ yanmayan kabelləri istifadə olunur. Divarlarda ‘Zambaiti Parati’ divar kağızları, hamam aksesuarlarında isə Almaniyanın ‘GROHE’ brendi tətbiq edilir.
Kompleksin üstünlükləri mənzillərlə məhdudlaşmır. Geniş infrastruktur daxilində yeni ticarət mərkəzi və fitness mərkəzinin açılması planlaşdırılır. Layihə ərazisində ‘LANDAU’ məktəbi də fəaliyyət göstərəcək və məktəbin sentyabr ayında açılması nəzərdə tutulur. 17,4 hektar yaşıllıq sahəsi isə şəhərin mərkəzində yaşamaq istəyənlər üçün əlavə üstünlükdür.
‘City Garden Narimanov’ layihəsində 20 ilədək ipoteka və 36 ayadək daxili kredit şərtlərindən yararlanmaq mümkündür. Bundan əlavə, ‘Kristal’ın ‘Evini hissə-hissə al’ modeli də tətbiq edilir. Bu model vasitəsilə faizsiz və aylıq öhdəliksiz şərtlərlə mənzil sahibi olmaq mümkündür. Mənzilin dəyəri artdıqca, daşınmaz əmlaka etdiyiniz yatırımın da dəyəri artır.
Daha ətraflı məlumat üçün satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsiniz. Nərimanovda sizə uyğun mənzili seçin və gələcək evinizə bu gündən addım atın.
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!