"Metro açılsa, yoluxma payızdakından da çox olar" – VİDEO
Yaxın bir həftə ərzində koronavirusa gündəlik yoluxma sayı 4 rəqəmli olacaq.
Bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, mart bayramlar ayı olduğu üçün yoluxmaların sayında artım olması əvvəldən proqnozlaşdırıldı:
“Hesab edirəm ki, qarşıdakı günlərdə koronaya yoluxanların sayı artacaq. Son günlərin statistikası ondan xəbər verir ki, minimum 3-4, maksimum isə 1 həftə ərzində yoluxma sayı 4 rəqəmli olacaq”.
V. Cavadzadə Bakı metrosunun açılmasının hazırkı durumda məqsədəuyğun olmadığını bildirib:
“Metropolitenin açılmasının tərəfdarı deyiləm. Çünki metro qapalı məkan olduğu üçün yoluxma daha da kəskin şəkildə arta bilər. Məsələn, gün ərzində metrodan istifadə edən 500 min insanın 10 faizi arasında yoluxma halı baş versə, epidemik alovlaşma olar və onun qarşısını almaq mümkün olmaz. Nəticədə isə bu artım ötən ilin payızındakı göstəricini də üstələyə bilər”.
https://youtu.be/KNLoIxZ6g4M
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İntihar etmək istəyən şəxsi havada tutdular - Qorxunc görüntü - VİDEO
Putin veteranı cangüdənlərinin əlindən aldı – VİDEO
Ruhi xəstəni zəncirləyən market sahibi həbs edildi
Əsgərlikdən yayınıb avtoşluq edən Əziz Məlikova yüngül cəza verildi
Ordumuz Laçına belə daxil olub - VİDEO
Alt paltarı geyinməyən qızı görən baş məşqçi özünü itirdi - FOTO/VİDEO