Meta avstraliyada 756 min uşaq hesabını sildi: Qanun sərt, cərimə ağır!
Meta şirkəti, Avstraliyada tətbiq olunan yaş məhdudiyyəti qanunlarına uyğun olaraq, 16 yaşdan kiçik istifadəçilərə aid 756 min sosial media hesabını bağlayıb.
Minval.info xəbər verir ki, şirkətin verdiyi açıqlamaya görə, bu tədbir çərçivəsində 462 min ‘Instagram’ və 294 min ‘Facebook’ hesabı birdəfəlik silinib. Bu addım, Avstraliyada keçən ilin dekabrında qüvvəyə minən və 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun əsasında atılıb.
Süni intellekt dəstəkli sistemlər vasitəsilə həyata keçirilən nəzarət tədbirləri davam edir və bağlanan hesabların sayının artacağı gözlənilir. Avstraliya hökumətinin tətbiq etdiyi bu yaş məhdudiyyəti ‘Instagram’ və ‘Facebook’la yanaşı, ‘TikTok’, ‘YouTube’, ‘Snapchat’, ‘Reddit’, ‘Twitch’, ‘Threads’ və ‘Kick’ daxil olmaqla ümumilikdə 10 populyar platformanı əhatə edir. Qanunlara əməl etməyən texnologiya şirkətlərini isə 49,5 milyon Avstraliya dolları məbləğində cərimələr gözləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!