Mesut Özildən "Fənərbağça" açıqlaması
“Arsenal”ın futbolçusu Mesut Özil tvitterdə azarkeşlərin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi uşaqlıq illərində azarkeşlik etdiyi klubun adını açıqlayıb.
Özil Almaniyada yaşayarkən “Fənərbağça”ya azarkeşlik etdiyini bildirib: “Almaniyada hər bir türk ölkənin hansısa komandasını dəstəkləyir. Mənim komandam “Fənərbağça” idi. Klub “Real”a bənzəyir, ölkənin ən böyük klubudur”.
Təcrübəli futbolçu karyerasını başa vurmamışdan əvvəl iki ölkədə oynamaq istədiyini vurğulayıb: “Türkiyə və ABŞ-da oynamaq niyyətindəyəm. Türkiyəyə getsəm, sadəcə “Fənərbağça”da oynayacağam”.
Qeyd edək ki, Türkiyə mətbuatı Mesut Özilin “Fənərbağça” ilə anlaşdığını yazıb. Onun “Arsenal” klubu ilə müqaviləsi yayda başa çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək