Mesut Özil "Fənərbağça"ya keçidindən danışdı
“Çox həyəcanlıyam, çünki mən hər zaman “Fənərbağça” azarkeşi idim. Bir xəyal təkcə klub üçün yox, mənim üçün də gerçəkləşir”.
Fanat.Az xəbər verir ki, bu fikirləri İngiltərənin “Arsenal” klubundan Türkiyənin “Fenerbağça” komandasına keçən Mesut Özil İstanbul təmsilçisinin rəsmi telekanalına açıqlamasında deyib.
33 yaşlı yarımmüdafiəçi yeni komandasının formasını geyinəcəyi üçün də həyacanlı olduğunu bildirib: “Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun”.
Özil “Fənərbağça” azarkeşlərinə ona dəstək olduqları üçün təşəkkür edib: “Onlar məni hər zaman dəstəklədilər. “Fənərbağça” böyük klubdur. Böyük cameə olduğumuzu hər zaman göstəririk, yenə göstərdilər. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkürümü meydanda qaytaracağam”.
Qeyd edək ki, Mesut Özil 2013-ci ildən “Arsenal”da çıxış edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək