29.10.2020 - 12:58
İdman
19 baxış
Messidən yeni rekord
“Barselona”nın futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni rekorda imza atıb.
Qol.az turnirin “Tvitter” səhifəsinə istinadən xəbər verir ki, o, buna qrup mərhələsinin 2-ci turunda “Yuventus”la matçda (2:0) nail olub. Sözügedən görüşün 90+4-cü dəqiqəsində penaltidən fərqlənən argentinalı hücumçu ÇL-in qrup mərhələsində vurduğu qolların sayını 70-ə yüksəldib. Bu isə turnirdə rekord göstəricidir.
Qeyd edək ki, Messi “Yuventus”la oyunda 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə qol ötürməsi də verib.Bu, onun ÇL-dəki 35-ci qol ötürməsidir. 33 yaşlı futbolçu bu göstəricidə təkcə “Yuventus”un hücumçusu Kriştiano Ronaldodan (40) geri qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54