Messi yalnız bir şərtlə "Barselona"da qala bilər
PSJ-nin hücumçusu Neymar “Barselona”ya qayıdacağı təqdirdə Messi komandada qalmağa razılıq verə bilər.
Fanat.Az “El Confidencial”a istinadən xəbər verir ki, Messi “Barsa”da özünü xoşbəxt hiss etmir. Argentinalı futbolçu komandanın nəticələrindən narazıdı. Həmçinin Leonun yaxşı əlaqələrə sahib olduğu Ernesto Valverdenin istefaya göndərilməsi də onun ürəyincə olmayıb. Yalnız Neymar qayıdacağı təqdirdə Messinin “Barselona”da qalacağı bildirilir.
Leo katalon klubunun yetirməsidi. O, 2001-ci ildən bəri “blauqrana” strukturu daxilində futbol oynayır. Messinin müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Qeyd edək ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək