Messi və Ronalduya komik transfer təklifi
Belarusun ən titullu futbolçusu, “Barselona” və “Arsenal” kimi böyük klublarda oynamış Aleksandr Qleb əksər liqaların dayandırılmasına rəğmən ölkə çempionatının davam etdirilməsini tənqid edib.
Fanat.Az xəbər verir ki, veteran futbolçu koronavirus təhlükəsinin ciddiyə alınmamasının doğru olmadığını bildirib:
“Ölkəmizin mövqeyini açıqlmaq çətindi. Bütün liqalar dayandırılıb, amma biz qarşı-qarşıya qaldığımız təhlükənin problem olduğunu düşünmürük. Açığı bunun səbəbini bilmirəm. Koronavirus səbəbindən Çempionlar Liqası, Avropa Liqası dayandırılıb. UEFA doğru olanı etdi, biz də virusun yayılmasının qarşısını almağa çalışmalıyıq. Belarusda sanki heç kim təhlükəni dərk etmir. Bəlkə də bir neçə həftə sonra çempionatları dayandırmaq lazım gələcək. Bəlkə də federasiya prezdenti virusun nə qədər təhlükəli olduğunu görməyi gözləyir. Əslində hər kəs İtaliya və İspaniyada nələrin baş verdiyini görür, bilir. Problem odu ki, Belarusda kimsə bunu ciddiyə almır”.
Qleb Lionel Messi və Kriştianu Ronaldoya ironiyalı transfer təklifi də edib: “Bütün dünya indi Belarus çemionatını izləyir. NHL-də mövsüm başa çatanda bir çox buz xokkeyçisi oynamaq üçün Rusiyaya getdi. Messi və Ronaldu da futbol oynamaq üçün Belarus çempionatına gəlsin. Nəticədə Belarus Avropada futbol oynaya biləcəyiniz yeganə ölkədi. Ən azından Belarus xalqı xoşbəxt olar” deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zinəddin Zidan: "Qaret Beylin komandadan ayrılmasını xoş qarşılamıram"
1xBet Bukmeker şirkəti Barselonanın qlobal tərəfdaşı oldu
Güləşçimizdən bürünc medal
Salahı təhqir edən azarkeşi axtarırlar
Dembele PSJ-nin təklifini niyə rədd edib?
"Qarabağ" darmadağınla mərhələ adlayıb - Video