Messi və "Barselona" arasında növbəti gərginlik - Klub bəyanat yaydı
“Barselona” klubunun futbolçusu Lionel Messi gələcək taleyi ilə bağlı tezliklə açıqlama verəcək.
Fanat.Az “Caught Offside” nəşrinə istinadən xəbər verir ki, bu, argentinalı hücumçunun əmək haqqına dair “El Mundo Deportivo”da dərc olunmuş informasiya ilə əlaqədardır. Həmin məqalədə bildirilir ki, Messi 2017-ci ildə 4 illik müqavilə imzalaması qarşılığında ümumilikdə 555 milyon avro qazanmalı imiş.
Bu informasiyanın mətbuata sızması “Barselona”nın kapitanını xeyli qəzəbləndirib. Klubun özü isə açıqlama yayaraq, müqavilənin KİV-də dərc olunmasından təəssüfləndiyini bildirib. Konfidensial sənədin dərcinə görə heç bir məsuliyyət daşımadığını bəyan edən Kataloniya təmsilçisinin rəhbərliyi dəyə biləcək zərərlə bağlı “El Mundo Deportivo”ya qarşı hüquqi tədbirlər görəcəyini bəyan edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək