Messi: "Ronaldunun..."
“Barselona”nın hücumçusu Lionel Messi forvard Kriştiano Ronaldunun “Real”dan Turinin “Yuventus” klubuna keçidinə həqiqətən təəccübləndiyini etiraf edib.
“Report” xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri yazıb.
“Düzünü desəm, Kriştianonun “Real”ı tərk edəcəyini gözləmirdim. Madridlilər Ronaldunun gedişi ilə çox şey itirdilər. Mən bir çox klubun ona maraq göstərdiyini eşitmişdim, lakin “Yuventus” ən az ehtimal olunan variant kimi görünürdü. Mən həqiqətən təəccübləndim, ancaq turinlilərin çox yaxşı komandası var.
Əlbəttə, “Real”da başqa yaxşı oyunçular da var və klub bütün titullar uğrunda mübarizəni davam etdirəcək. Ronaldusuz onlara çətin olacaq, “Yuventus” isə Avropa çempionlar kuboku uğrunda mübarizədə aşkar favorit olacaq”, — deyə “Mundo Deportivo” Messinin sözlərini sitat gətirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək