"Messi, mən səni sevirəm" deyən Sabirə nənə vəfat etdi - VİDEO
Ən böyük arzusu Messini görmək, ya da yazdığı qalaq-qalaq məktublardan heç olmasa birinə cavabın verilməsiydi. Amma olmadı. Nə Messini görə bildi, nə də… Polkovnik də çox gözlədi, amma məktub gəlmədi.
Sabirə nənəylə görüşəndə (üç il öncə) 87 yaşı vardı (sənəddə 87 idi, amma özünün dediyinə görə, 91 yaşı vardı). “Barselona”nın fanatı idi, Messini isə dəlicəsinə sevirdi. “Nəvəm yaşındadı, amma oğlum kimi sevirəm onu”,- deyirdi.
Nəvələri “Real” azarkeşləriydi deyə, evdə “Barselona”ya, Messiyə aid şəkillər, atributlar məhv edilmişdi. Amma nənə bir az əldən iti tərpənib Leonun yarısı cırılmış şəklini, “Barselona”nın bayrağını gizlədə bilmişdi. Hə bir də Messinin silueti əks olunan stəkanı özündə saxlamışdı. Nəvələri yanında olmayanda o stəkanla çay içir, evə kimsə gələndə isə cibində gəzdirərdi. “Messi səni çox sevirəm, sən nə qədər mənim məktublarıma cavab yazmasan da…”
https://www.youtube.com/watch?v=JSnQV1yRd4s&feature=emb_title
Leonun stəkana həkk olmuş şəklinə tez-tez baxır, köks ötürərdi. “Mənim kimi o qədər azarkeş var ki, yazıq kimə vaxt ayırsın”,- deyib özünə təsəlli verər, boş otaqlarda var-gəl edərdi. “Barselona”nın oyunu olan gün isə həmişə fəlakət idi. Nə zaman komanda uduzurdusa, həyacanlanırdı, ürəyi ağrıyır, hətta dəfələrlə üstünə təcili yardım gələrdi.
Sabirə nənə artıq həyatda yoxdu. Messini sevən ürəyi dayandı. Onun ölüm xəbərini eşidən gün “Barselona”nın “Leqanes”lə ̧ matçı vardı. Messi qol vurdu və həmişəki ritualını – hər qoldan sonra işarət barmaqlarını göyə qaldıraraq nənəsinin ruhuna təşəkkür etdi. Amma mənə elə gəldi ki, həmin an Leo ona da – Messini sevən, evdə tək olanda şəkliylə söhbət edən, məktubları cavabsız qalan Sabirə nənəyə də təşəkkür etdi.
Ruhun şad olsun, nənə!..
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Neftçi" "Zirə"ni məğlub edib
“Beşiktaş” ilk turda darmadağın oldu — VİDEO
“Real”ın Luka Yoviçin transferini gələn həftə açıqlayacaq
Bakıya nəvəsini görməyə gələn baba “Poz-Qazan”dan 500 000 manat uddu – Video
"Qalatasaray" "Şalke"yə, "Barselona" "İnter"ə qarşı - Çempionlar Liqası
Onu ələ salırdılar - “Yaralı sifət“ Məhəmməd necə milyonçu oldu? - FOTOLAR
Ramil Quliyev: "Azərbaycandan bunu gözləmirdim"