"Messi karyerasını "Barselona"da bitirməlidir" - Bartomeu
“Barselona”nın prezidenti Josep Bartomeu istefa edəcəyi ilə bağlı yayılan xəbərlər və komandanın kapitanı Lionel Messi haqda danışıb.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, istefa verməyi düşünmədiyini deyib: “Messi və ətrafındakı oyunçularla nələr edəcəyimi bilirəm. Məncə, onunla daha bir çempionluq yaşayacağıq”.
Klub rəhbəri Messinin yayda Kataloniya təmsilçisindən ayrılmaq istəməsi barədə də növbəti dəfə fikirlərini bildirib: “Messinin klubla müqaviləsi var. Onunla yeni layihələr reallaşdırmaq istəyirdik. Ancaq mənim Messinin klubdan ayrılmasını istədiyimi söyləyirdirlər. Heç vaxt bunu düşünməmişəm. O, hazırda “Barselona”da oynayır və inanıram ki, daha uzun illər meydanda olacaq. Messi karyerasını “Barselona”da bitirməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək