Messi karyerasında 700-cü qolunu vurub
Futbol üzrə Argentina yığmasının və “Barselona”nın hücumçusu Lionel Messi karyerasında 700-cü qolunu vurub.
“Report” xəbər verir ki, hücumçu İspaniya La Liqasının 33-cü turunun Madrid “Atletiko”su ilə matçında 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.
Qeyd edək ki, hazırda matçın 2-ci hissəsi gedir. “Barselona” 2:1 hesabı ilə öndədir.
Messi “Barselona”da keçirdiyi 724 matçda 630 qol vurub. Onun hesabında həmçinin Argentina yığması heyətində 138 matçda 70 qol var.
33 yaşlı Messi “Barselona” İspaniyanın cari çempionatının 28 matçında 22 qol vurub, 17 məhsuldar ötürmə edib. Oyunçunun klubla müqaviləsi 2021-ci ilin yayına qədər qüvvədədir.
Onun aktivində həmçinin Çempionlar Liqasının altı matçında iki qol və üç məhsuldar ötürmə var.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək