Türkiyədə fəaliyyət göstərən azərbaycanlı müğənni Sevinc Ağaşirinova polisə müraciət edib.
Minval.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi meneceri Levent M-in onu taciz etdiyini və şantaj olunduğunu iddia edib.
Sevincin müraciətindən sonra Türkiyə polisi Levent. M haqqında araşdırmaya başlayıb.
Qeyd edək ki, Türkiyə mətbuatı Sevinci “Azərbaycanın Demet Akalını” kimi təqdim edib.

































