01.08.2026 - 10:42
Dünya 28 baxış

Melanoma müalicəsində inqilab: Fərdi mrna peyvəndi ümid verir

Rusiyada melanoma xəstələrinin müalicəsi üçün hazırlanan fərdiləşdirilmiş mRNA peyvəndi ilk dəfə tətbiq edildikdən sonra ümidverici nəticələr əldə edilib.

Minval.info xəbər verir ki, Qamaleya Tədqiqat Mərkəzinin elmi rəhbəri Aleksandr Ginzburq, apreldə peyvəndin ilk dozasını alan 60 yaşlı xəstənin müalicəsinin davam etdiyini bildirib.

İlkin müşahidələrə görə, xəstənin orqanizmində şiş və metastazlara qarşı immun reaksiyanın formalaşdığı qeyd olunub.

Rusiyanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, “Neooncovac” adlanan bu fərdiləşdirilmiş antixərçəng mRNA peyvəndi 1 aprel 2026-cı ildə tətbiq edilib. Bu preparat, Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi və Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin birgə layihəsidir.

Peyvəndin əsas özəlliyi, hər xəstə üçün xüsusi hazırlanmasıdır. Bunun üçün xəstənin şiş və sağlam toxumalarından nümunələr götürülərək genetik analiz edilir və nəticələrə əsasən fərdi peyvənd hazırlanır.

Məqsəd, immun sistemini xərçəng hüceyrələrini tanımağa və onlara qarşı daha effektiv reaksiya göstərməyə yönəltməkdir. Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi, preparatın xəstənin fərdi genetik profilinə əsaslandığını vurğulayır.

Qamaleya İnstitutunun məlumatına görə, yaxın gələcəkdə daha 10 melanoma xəstəsi üçün fərdiləşdirilmiş peyvənd hazırlanması planlaşdırılır. Eyni zamanda, Rusiyada digər xərçəng növlərinə qarşı fərdiləşdirilmiş müalicə yanaşmaları üzərində də işlər aparılır.

Tədqiqatçılar, bu texnologiyanın gələcəkdə melanoma ilə yanaşı, digər onkoloji xəstəliklərin müalicəsində də istifadə imkanlarını araşdırırlar. Milli Tibbi Radiologiya Tədqiqat Mərkəzi, preparatın klinik istifadəsinə icazə verildiyini və onun melanoma xəstələrinin fərdi müalicəsində tətbiq edildiyini bildirir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: