Mehman Hüseynov bələdiyyə seçkilərinə qatılır
Bloger “seçki tarixində belə maraqlı, kreativ seçki olmayıb” deyir
Tanınmış bloger, “Sancaq Production”un rəhbəri Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak edəcək. Musavat.com xəbər verir ki, M.Hüseynov bununla bağlı sosial şəbəkədə məlumat verib. O, hazırlıq işləri ilə bağlı son mərhələyə çatdığını deyib: “Nəhayət ki! Bələdiyyə seçkiləri üçün tələb olunan imzalar toplanılıb artıq! Yaxın günlərdə Dairə Seçki Komissiyasına təqdim olunacaq. Mənə dəstək olan, qorxmadan imza atan hər bir kəsə təşəkkürümü bildirirəm!
Burdan açıq aydın bildirirəm, imzaların hamısı etibarlıdır. Heç bir imza saxtalaşdırılmayıb çünki buna ehtiyac yox idi. Qaraçuxur Yeni Günəşli sakinləri canla başla mənə dəstək oldular! Bəli itiraf edirəm ki, 4-5 imza itibarsızdır bizim səhvimizə görə, diqqətsiz olduq. Odur ki, qeydiyyatımızın cavabını gözləyək! Bir daha deyirəm ki, seçki tarixində belə maraqlı, kreativ seçki kampaniyası olmayıb, olmayacaq da. Komandamızla, vətəndaşların dəstəyi ilə əlimizdən gələni edəcəyik ki bu seçkiləri saxtalaşdıra bilməsinlər! Mərkəzi Seçkilər Komissiyası, müharibəyə hazırlaşın! Qaraçuxur, Yeni Günəşli camaatı dəyişiklərə hazır olun! İsti kreslolarında oturub xalqa xidmət etməyən məmurları məhv edəcəyik! Xalqa xidmət etmək necə olur onu görəcəksiz”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı