Medvedev: "Regiondakı reallıq odur ki, Qarabağ məsələsini Türkiyə ilə də müzakirə etməliyik"
“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi uzunmüddətli siyasətin elementi deyil, ümumi sabitliyin elementidir. Sadəcə regiondakı reallığı qəbul etməliyik. Reallıq isə ondan ibarətdir ki, bu məsələni Türkiyədən olan tərəfdaşlarla da müzakirə etmək lazımdır”.
“Report” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini, keçmiş prezident Dmitri Medvedev bildirib.
“Türkiyə bizim qonşumuz və yaxın tərəfdaşımızdır. Azərbaycan üçün də çox yaxın ölkədir. Bu amili nəzərə almamaq mümkün deyil”, – o vurğulayıb.
Onun sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentiləri bu məsələni müntəzəm müzakirə edir, işlərin ümumi vəziyyətinə xüsusi nəzarət mərkəzinin yaradılması qərarı qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı