Medvedev: “Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir”
“Qarabağ münaqişəsinin nizamlanması Türkiyə ilə müzakirə edilməlidir. Regionun reallığı belədir”.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev yerli KİV-ə müsahibəsində deyib.
“Türkiyə bizim qonşumuz və çox vacib tərəfdaşımızdır. Azərbaycan üçün çox yaxın ölkədir. Bu faktı nəzərə almamaq mümkün deyil”, – deyə D. Medvedev Türkiyənin Qarabağ münaqişəsinin nizamlanmasındakı rolu ilə bağlı suala cavabında bildirib.
Onun sözlərinə görə, Moskva və Ankara arasında məhsuldar dialoq qurulub, iki ölkənin prezidentləri bu mövzu ilə bağlı daim danışıqlar aparıblar: “Türkiyə və Rusiya hərbçilərindən ibarət xüsusi nəzarət mərkəzinin yaradılması haqqında qərar qəbul olunub. Bu da ümumi sabitləşmənin elementidir. Ancaq bunu hansısa uzunmüddətli siyasətin bir elementi kimi qiymətləndirməzdim və ya burada konspiroloji nəzəriyyələrdən birini qurmazdım. Sadəcə regionda mövcud olan reallıqları nəzərə almalıyıq. Və reallıqlar elədir ki, bu gün bu məsələ Türkiyədən olan tərəfdaşlarla müzakirə edilməlidir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir