Medvedev Əli Əsədovu təbrik etdi
Rusiyanın Baş Naziri Dmitri Medvedev Əli Əsədovu Azərbaycanın Baş Naziri vəzifəsinə seçilməyi münasibətilə təbrik edib. “Qafqazinnfo” bildirir ki, bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat verib.
Medvedev qeyd edib ki, Rusiya və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətləri, eləcə də ticarət, iqtisadi və investisiya əməkdaşlığı davamlı inkişaf edir, enerji, sənaye, infrastruktur, elm və mədəniyyət sahələrində perspektivli layihələr həyata keçirilir.
“İkitərəfli əməkdaşlığın bütün spektrlərini daha da inkişaf etdirmək, yeni qarşılıqlı faydalı təşəbbüs və proqramları təşviq etmək üçün hökumət xəttində birgə işləməyə hazır olduğumu bildirmək istərdim”, – deyə Medvedev qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı