Maykl ceksonun övladlarını Maskalarla gizlətməsinin əsl səbəbi nə idi?
Maykl Ceksonun uşaqlarının üzlərini maskalarla gizlətməsinin səbəbi illər sonra ortaya çıxıb. Paris Cekson, atasının bu qərarının arxasında duran səbəbləri açıqlayıb.
Minval.info xəbər verir ki, Paris Cekson atasının əsas məqsədinin onları tanınmaqdan qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, Maykl Cekson, uşaqlarının maska taxaraq ictimai yerlərdə daha rahat və normal bir uşaqlıq keçirmələrini təmin etməyə çalışıb.
“Atam deyirdi ki, maska taxsaq, insanlar bizim onun uşaqları olduğumuzu bilməyəcəklər. Beləliklə, çöldə rahat oynaya və əylənə biləcəyik”, – deyə Paris Cekson bildirib.
O, həmçinin atasının dünya şöhrətinin miqyasını uşaqlıqda tam anlamadığını etiraf edib. Paris, bir oteldə pəncərədən baxarkən gördüyü izdihamın ona atasının nə qədər məşhur olduğunu anlamağa kömək etdiyini xatırlayıb.
Bu hadisədən sonra Maykl Ceksonun övladlarını niyə daim diqqətdən qorumağa çalışdığını daha yaxşı başa düşdüyünü qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır