Maşının qabağını kəsib söyüş söyən sürücü 10 sutka həbs edildi - Yenilənib
Bakıda hərəkət zamanı digər avtomobilin qarşısını kəsərək sürücüyə xəsarət yetirən şəxs saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 99-RZ-878 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Suraxanı RPİ 32-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb: “Müvafiq sənədlər toplanılır, şikayətçinin və qeyd edilən şəxsin izahatları alınıb. Şikayətçinin vurulması iddiasına görə xəsarətin müəyyən olunması üçün məhkəmə tibb ekspertizası təyin olunub. Çox güman ki, yekunda sənədlər məhkəməyə göndəriləcək və bu işlə bağlı qərarı məhkəmə verəcək”.
***
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Avtosfer.az saytının məlumatına görə, 99-RZ-878 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobili idarə edən 1981-ci il təvəllüdlü Suraxanı rayon sakini Cəfərov Xalid Asif oğlu bu gün məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati həbs olunub
***
Qeyd edək ki, Xalid Cəfərov Peşəkar Futbol Liqasının (PFL) baş mühasibidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"