Masazırda sakinlərin yol əzabı: "öz cibimizlə düzəltdiyimiz yolu dağıtdılar
Abşeron rayonunun Masazır qəsəbəsində, Niyazi küçəsi, 40 ünvanında yaşayan sakinlər yol şəraitindən narazılıqlarını bildirirlər. Onların dediyinə görə, icra hakimiyyəti su borularının yenilənməsi üçün qazıntı işləri aparıb.
Minval.info xəbər verir ki, bu işlərdən sonra yolların vəziyyəti daha da pisləşib. Sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsələr də, problemin həlli üçün heç bir tədbir görülmədiyini iddia edirlər. “Öz vəsaitimizlə bu yolu düzəltmişdik, lakin hamısını dağıtdılar. Kimə müraciət edirsən, heç kim məsuliyyəti üzərinə götürmür. Belə yaşayış olar?!” – deyə sakinlərdən biri narazılığını ifadə edib.
Başqa bir sakin isə əlavə edib ki, “Boruları qoydular, amma qazıntı işlərini tamamlamadan getdilər. İki maşın yanaşı keçə bilmir. Biz öz cibimizdən xərc çəkib yolu düzəltmişdik, indi isə bərpa etmirlər.”
Avropa liderləri qeyri-rəsmi toplantıda süni intellekt və Ukraynanı müzakirə edir
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dünya liderləri Türkiyədə: COP31 diplomatiya trafiği ilə davam edir
ABŞ-ın diplomatik səyləri fonunda Rusiya və Ukrayna arasında gərginlik artır
Estoniya Ukraynaya milyonlarla avro ayırır: Pullar nəyə xərclənəcək?
Dehlidə hava çirkliliyi "şiddətli" səviyyədə qalır
ABŞ-da casusluq skandalı: Ticaret naziri vəzifədən alınacaq?