Masallının öz “Bakı”sı olacaq - FOTO
Məlum olduğu kimi, bir müddət öncə dövlət başçısı İlham Əliyevin iştirakı ilə Azərbaycanın Cənub bölgəsinə gedən magistral (pullu-ödənişli) yolun rəsmi açılışı olub.
Qeyd edək ki, adıçəkilən yolun tikintisi mərhələlərlə bir neçə ilə (2006-cı ildən 2018-ci ilin sentyabrına kimi) başa gəlib və yeni yolun istifadəsi Cənub zonası sakinlərini böyük əziyyətdən qurtarıb.
Bu ilin sentyabr ayının 18-də yeni magistral yolun açılışı ilə bölgə sakinlərinin, eləcə də, həmin istiqamətə müxtəlif məqsədlərlə gedən insanların narahatlığına son qoyulub.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bu yerdə xatırladaq ki, əvvəllər mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr olubsa, indi yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir.

Həmçinin, yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı dörd olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub. Onu da qeyd edək ki, həmin yolda ödənişli gediş-gəlişə ilin sonlarından başlanılacağı bildirilir. Hər kilometr üçün sürücülər, avtomobil sahibləri 4 qəpik ödəməli olacaqlar.
Bu günlərdə isə Oxu.Az-ın Masallıda olan müxbiri maraqlı bir məqamın şahidi olub.
Belə ki, yeni və müasir yolun çəkilməsi və istifadəyə verilməsinə görə, masallılar necə deyərlər, “borclu qalmaq” istəməyiblər.
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və yerli sakinlərin dəstəyilə yeni magistral yola birləşən köhnə Masallı-Lənkəran yolu (alternativ yol) bərpa edilməyə başlanılıb və həmin yolun Bakı prospekti adlandırılması qərara alınıb.

Hazırda Bakı prospektində aparılan yenidənqurma və bərpa işləri başa çatmaq üzrədir.
İcra Hakimiyyətinin işçiləri, yerli sakinlər yolun məhz Bakının adı ilə adlandırılmasından qürur duyduqlarını, xüsusilə, bu məsələdə bir ilkə imza atdıqlarına görə fəxr etdiklərini bildiriblər və əlavə ediblər ki, Bakı bütövlükdə Azərbaycan xalqının və Azərbaycan dövlətinin şərəf tarixidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar