Marşrut xətləri yeni müqavilə sisteminə keçir
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarına əsasən, avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları üçün yeni ‘brutto müqavilə’ sistemini tətbiq etməyə başlayıb. Bu sistemin tətbiqi ilə 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar artıq yeni modelə qoşulub.
Minval.info xəbər verir ki, ‘brutto müqavilə’ modelinə əsasən, daşıyıcılara qət edilən məsafə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Bu tələblərə uyğun xidmət göstərən daşıyıcılar müvafiq ödəniş alacaq.
Bu model sərnişinlər üçün daha müntəzəm və etibarlı ictimai nəqliyyat xidməti təmin edəcək. Eyni zamanda, daşıyıcıların yalnız gəlirli marşrutlara üstünlük verməsinin qarşısı alınacaq və şəhərətrafı marşrutlarda xidmət səviyyəsinin yüksəldilməsinə şərait yaradacaq.
Yeni model, həmçinin daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları yaradır. Keyfiyyət tələblərinin pozulması halında maliyyə və digər təsir mexanizmləri tətbiq ediləcək. Xüsusi proqram təminatı vasitəsilə xidmətin keyfiyyəti ölçüləcək və nəzarət təmin olunacaq.
‘Brutto müqavilə’ modeli daşıyıcıların maliyyə dayanıqlığını artıracaq, avtobus parkının yenilənməsinə və müasir nəqliyyat vasitələrinin alınmasına imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım