Marsda yaqut və sapfirin sirli qardaşı: Jezero kraterində korund tapıldı
NASA-nın Perseverance roveri Marsın Jezero kraterində apardığı tədqiqatlar zamanı alimləri heyrətləndirən bir mineral kəşf edib. Bu mineralın tapılması Marsın geoloji tarixini daha dərindən anlamağa kömək edə bilər.
Minval.info xəbər verir ki, roverin lazer texnologiyası ilə həyata keçirdiyi analizlər nəticəsində Marsda ilk dəfə korund mineralı aşkar edilib. Yer üzündə yaqut və sapfirin əsas tərkib hissəsi olan bu mineralın kəşfi böyük maraq doğurur.
Alimlərin fikrincə, korund Marsda milyardlarla il əvvəl Jezero kraterinin formalaşmasına səbəb olan nəhəng meteorit toqquşması nəticəsində yaranıb. Bu toqquşma zamanı meydana gələn yüksək temperatur və təzyiq, həmçinin hidrotermal mayelərin təsiri ilə korundun formalaşması üçün əlverişli şəraitin yarandığı düşünülür.
ƏLAQƏLİ
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Bu tədqiqatın nəticələri Marsın geoloji keçmişi və planetdə qiymətli mineralların yaranma prosesləri haqqında yeni məlumatlar təqdim edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı
Jerar Qafarov nişanlandı: Corcun qardaşı evlilik yolunda
Murad Ceylanın yeni görünüşü müzakirələrə səbəb olub