Market əməkdaşları kütləvi şəkildə zəhərlənib - AÇIQLAMA
Cəlilabad rayonunda “Green Store” marketinin əməkdaşları zəhərlənib.
Kütləvi zəhərlənmə kimyəvi məhluldan olub.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən açıqlamaya görə, ötən gün saat 17:00 radələrində 15 nəfər Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib:
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
“Onlardan üçünün vəziyyəti orta-ağır olub. Digərləri ilkin tibbi yardımdan sonra evə buraxılıblar. Həmin üç nəfərin sonuncusu isə bu səhər artıq evə yazılıb. İlkin ehtimala görə, zəhərlənməyə səbəb təmizlik zamanı istifadə edilən kimyəvi maddə olub. Qeyd edək ki, müraciət edənlərin hamısı hadisə baş verən marketin əməkdaşlarıdır”.
Cəlilabad Rayon Prokurorluğundan bildirilib ki, fevralın 28-də şəhər ərazisində yerləşən “Green store” mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.
Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının videogörüntüləri götürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu