Mariya Şarapova karyerasını bitirdi
Məşhur tennisçi Mariya Şarapova karyerasını başa vurduğunu açıqlayıb.
Qaynarinfo xəbər verir ki, “Böyük Dəbilqə”nin 5 qat qalibi, dünyanın keçmiş 1 nömrəli raketka ustası bununla bağlı “Vanity Fair” jurnalında çıxan yazısında bildirib:
“Bildiyin yeganə həyatı necə geridə qoymaq, uşaqlıqdan məşq etdiyin kortlardan, sevdiyin, sənə göz yaşları və sevinc bəxş edən oyundan, ailəni, 28 ildir səni dəstəkləyən azarkeşləri tapdığın idman növündən necə uzaqlaşmaq olar? Bu, mənim üçün yenidir. Ona görə də bağışlayın. Tennis, “görüşənədək” deyirəm”.
Qeyd edək ki, Mariya Şarapova karyerası ərzində Qadın Tennnisçilər Assosiasiyasının (WTA) 39 turnirinin, o cümlədən, WTA-2014-ün yekun çempionatının qalibi olub. Şarapova fərdi mübarizədə 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək