Maradonaya görə 10 nömrəli formanın ləğvi təklif olundu
Ötən gün dünyasını dəyişən argentinalı əfsanəvi futbolçu Dieqo Maradona görə 10 nömrəli formanın ləğv edilməsi təklif olunub.
“Report” “Goal” nəşrinə istinadən xəbər verir ki, belə bir təkliflə Fransanın “Marsel” komandasının baş məşqçisi Andre Villaş-Boaş çıxış edib.
43 yaşlı mütəxəssis bildirib ki, bu, Maradonaya veriləcək ən yüksək şərəf olardı: “Maradona haqqında xəbər ağır zərbədir. FIFA-nın bütün turnirlərdə komandalar üçün 10 nömrəli formanı dövriyyədən çıxartmasını istərdim. Maradonanın gedişi bütün dünya futbolu üçün inanılmaz itkidir”.
Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib. Onunla vida mərasimi bu gün keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək