Maradonanın "Tanrının əli" topu 3,35 milyona satıldı
1986-cı il dünya çempionatının 1/4 finalında Argentina və İngiltərə arasında keçirilən oyunda Dieqo Maradonanın məşhur “Tanrının əli” qolunu vurduğu futbol topu hərracda 3,35 milyon dollara satılıb.
Minval.info xəbər verir ki, bu tarixi top avqustun 22-də “Heritage Auctions” hərracında satışa çıxarılıb. Lotun ilkin qiyməti 2,5 milyon dollar olaraq müəyyən edilmişdi. Maradona həmin oyunda əllə vurduğu mübahisəli qolla hesabı açmış, daha sonra isə möhtəşəm fərdi keçidlə ikinci qolu vurmuşdu.
Lotun əvvəlcədən 10 milyon dollara qədər qiymətləndiriləcəyi gözlənilsə də, yekun məbləğ bu rekorda çatmayıb. Qeyd edək ki, Maradonanın həmin oyunda geyindiyi forma 2022-ci ildə 9,3 milyon dollara satılmışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək