08.07.2019 - 10:56
Qalmaqal 18 baxış

“Maps.me”dən Azərbaycana qarşı hörmətsizlik - FOTO

“Maps.me”dən Azərbaycana qarşı hörmətsizlikDünyanın ən çox istifadə edilən “Maps.me” xəritəsində Azərbaycan ərazisi olan Dağlıq Qarabağ müstəqil ölkə kimi göstərilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb. Xəritədə ərazinin adı “Nagorno Karabakh Republic” kimi qeyd olunub.

Qeyd edək ki, dünyada əksər turistlər səfər edən zaman bu xəritədən istifadə edir. Buna görə də, turistlər xəritədə qeyd edildiyi kimi, Dağlıq Qarabağı Azərbaycandan ayrı görür.

Sosial şəbəkə istifadəçiləri problemi həll etmək üçün çağırış edib. Bunun üçün şirkətə şikayət məktubu yazmağı tövsiyə edirlər. Həmçinin “edit place” yazılan yerdən bu yerlə bağlı bildirişlər göndərilməli və ya Play Store və İOS marketdən “Maps.me” proqramına daxil olaraq 1 ulduz verilərək şərhlər yazılmalıdır.

“Maps.me”dən Azərbaycana qarşı hörmətsizlik

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: