"Mançester Yunayted" transfer rekordunu qırmağa hazırlaşır
“Mançester Yunayted” klubu qarşıdan gələn yay transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qışda Bruno Fernandeşlə güclənən “qırmızı şeytanlar” bu dəfə əsas diqqəti Dortmund “Borussiya”sının gənc ulduzu Ceydon Sançoya yönəldib. Mançester təmsilçisinin bu keçid üçün rekord məbləğ xərcləyəcəyi yazılır.
Belə ki, 2016-cı ildə 89 milyon funt-sterlinqə Pol Poqbanı transfer edən “Mançester Yunayted”in 19 yaşlı ingilis hücumçu üçün 112 milyon funtundan (128 milyon avro) keçəcəyi yazılır ki, bu da İngiltərə Premyer Liqası tarixində rekord məbəğ ola bilər.
Qeyd edək ki, Sanço transferində “Mançester Yunayted”in əsas rəqibi “Çelsi”dir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək