“Mançester Yunayted” qalib, “Tottenhem” məğlub oldu
Sentyabrın 2-də İngiltərə Premyer Liqasının dördüncü turuna yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, turun ən gözlənilməz hesabı “Vikarac Road” stadionunda qeydə alınıb. Meydan sahibi “Uotford” çempionatın favoritlərindən hesab olunan “Tottenhem” klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. London təmsilçisi hesabda öndə olsa da, sonradan qapısında iki qol görərək məğlub olub. “Uotford”un heyətində Troy Deeney və Kraiq Kartçart fərqləniblər. Meydan sahiblərinin digər futbolçusu Dukure isə avtoqola imza atıb.
Turun digər qarşılaşmasında “Mançester Yunayted” səfərdə “Börnli” klubunun qonağı olub. Matç Joze Mourinyonun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada hər iki qolun müəllifi “Qırmızı şeytan”ların belçikalı hücumçusu Romelu Lukaku olub.
Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:
“Lester Siti” – ”Liverpul” – 1:2
“Brayton” – “Fulhem” – 2:2
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
“Çelsi” – “Bormunt” – 2:0
“Kristal Palas” – “Sauthempton” – 0:2
“Everton” – “Haddersfild” – 1:1
“Vest Hem” – “Vulverhempton” – 0:1
“Kardiff Siti” – “Arsenal” – 2:3
“Mançester Siti” – “Nyukasl” – 2:1.
Hazırda turnir cədvəlinin hesabında 12 xal olan “Liverpul”, “Çelsi” və “Uotford” klubları başçılıq edirlər. Aktivində 10 xal olan “Mançester Siti” dördüncu, 9 xala malik “Tottenhem” isə beşinci yerdədir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək