01.07.2020 - 11:22
İdman
17 baxış
"Mançester Yunayted"in əfsanəsi millimizin baş məşqçisi ola bilər
Azərbaycan millisinin baş məşqçi postuna daha bir namizəd açıqlanıb.
Fanat.Az xəbər verir ki, bu barədə Britaniyanın məşhur “The Sun” nəşri məlumat yaylb.Bildirilib ki, “Mançester Yunayted”in əfsanəvi futbolçularından sayılan Roy Kin milli komandamıza başçılıq edə bilər. Məlumata görə, irlandiyalı mütəxəssisə UEFA Millətlər Liqasında C Liqasında yer alan Azərbaycan yığmasına Cənubi Kipr, Monteneqro və Lüksemburqla birgə yer aldığı qrupun oyunları zamanı rəhbərlik etmək təklif olunub. Kindən bu mərhələni keçməsi istənilib.
“The Sun” yazır ki, AFFA-nın 49 yaşlı mütəxəssisə təklif etdiyi şərtlər kifayət qədər cəlbedicidi və irlandiyalı baş məşqçi bunu qəbul edə bilər.
AFFA-ya yaxın mənbə nəşrə təsdiqləyib ki, Kin milli assosiasiyanın ən yaxşı seçimidir, lakin tezlikdə mütəxəssisdən cavab gözlənilir.
Qeyd edək ki, Roy Kin 1993-2005-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, son olaraq 2019-cu ildə İngiltərənin “Nottingem Forest” klubunda köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54