06.12.2019 - 09:00
İdman
14 baxış
"Mançester Siti" "Barselona"nın ulduzuna "elçi" düşdü
“Mançester Siti” klubu “Barselona”nın ulduzu Usman Dembeleni öz heyətinə qatmaq istəyir.
Offsideplus.az “El Desmarque” nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin nümayəndələri artıq futbolçu ilə görüş də keçiriblər. Qarşıdakı qış transfer pəncərəsi dövründə fransalı futbolçunun “şəhərlilər”ə keçidi mümkün hesab edilir. Transferin məbləği və şərtləri barədə hələlik məlumat yoxdur. Həmçinin futbolçunun özünün də Kataloniya təmsilçisindən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.
Futbolçu ilə “Çelsi” və PSJ kimi klublar da maraqlanır.
Qeyd edək ki, 22 yaşlı futbolçu 2017-ci ildə Dortmund “Borussiya”sından “Barselona”ya transfer edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54