"Malibo" tikinti şirkəti yolu bağlayaraq sakinləri narazı salıb - FOTOLAR
“Malibo” MMC-nin apardığı tikinti işləri ətrafda yaşayan sakinləri narahat edib.
Minval.info xəbər verir ki, şirkət Rəzul Rza küçəsində (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küşəsinə qədər) tikintiyə görə yolu bağlayıb. Yol uzun müddətdir keçilməz haldadır və bu da sakinlərin haqlı narazılığına səbəb olub. Sakinlərin sözlərinə görə, şirkətin yolu işğal etməsi nəticəsində yaxınlıqdakı təhsil ocaqlarına, klinika və bağçaya gediş-gəliş çətinləşib.
ƏLAQƏLİ
Xəzər sahilində Yunanıstan ab-havalı yeni məkan – “Santorini” restoranı fəaliyyətə başladı VİDEO
Vəziyyətdən şikayətçi olan sakinlər şirkət əməkdaşlarına dəfələrlə narazılıqlarını bildiriblər. Amma heç bir faydası olmayıb. İddia edilir ki, şirkət yolu qəsdən qapadıb və yolu tikinti ərazisinə qataraq oranı tamamı ilə zəbt edəcək.
“Şirkət yaşayış üçün bina tikir, amma başqalarının yaşayışına mane olur” – deyən sakinlər məsələnin həlli üçün rəsmi qurumlara da şikayət edəcəklərini bildiriblər.
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
Ukraynanın yeni hədəfi Rusiyanın onlayn ticarət sektoru ola bilər
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür





