Mahiri nə "Beşiktaş" istəyir, nə də bu ölkənin klubları - AÇIQLAMA
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Mahir Emreli karyerasını Belçika çempionatında davam etdirə biləcəyi haqda xəbərlər yayılıb.
Bu ölkənin “voetbalnieuws.be” saytının iddiasıına görə, yerli çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Komandaların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Zülte-Varagem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.
Daha əvvəl “Beşiktaş”ın da Mahir Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb.
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Sportinfo.az-a açıqlamasında Mahir də daxil olmaqla, heç bir futbolçuya görə rəsmi təklifin gəlmədiyini bildirib:
“Yayılan məlumatlarla tanışıq. Bunlar, sadəcə, mətbuatda yazılaanlardır. Klubumuza heç bir rəsmi müraciət daxil olmayıb. Belə bir təklif gəlmədiyi halda, hanısa transfer çalışmasından danışmağa dəyməz”.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək