Mahir Emreliyə Belçikadan transfer təklifi
Milli komandamızın və “Qarabağ”ın hücumçusu Mahir Emreli karyerasını Belçikada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə Belçikanın voetbalnieuws.be saytı məlumat yayıb.
İddiaya görə, ölkə çempionatda çıxış edən bir neçə klub 24 yaşlı hücumçu ilə maraqlanır. Həmin klubların adları açıqlanmasa da, hazırda “Vasland-Beveren”, “Zülte-Varagem”, “Standard”, “Sent-Trüden” və “Mexelen” kimi yüksək liqa təmsilçilərinin mərkəz hücumçu axtardıqları bildirilib.
Qeyd edək ki, daha əvvəl Türkiyənin “Beşiktaş” klubunun da Mahir Emrelinin xidmətində maraqlı olduğu ilə bağlı xəbər yayılıb. 24 yaşlı forvard bu mövsüm oynadığı 16 rəsmi matçda 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
