Mahir Emreli “Beşiktaş”a təklif olundu
Millimizin və “Qarabağ”ın futbolçusu Mahir Emrelinin adı növbəti dəfə “Beşiktaş”la hallanmağa başlayıb.
Minval.info “oxu.az”a istinadən xəbər verir ki, “Beşiktaş”ın prezidenti Ahmet Nur Çəbi Pərviz Musayev və Elçin Cəfərovun aparıcısı olduğu “Türkiyədən futbol” verilişində səsləndirdiyi fikirdən sonra Mahir bu kluba təklif olunub.
Məlumatı yayan “Fotospor” onun kim tərəfindən təklif edildiyini yazmayıb.
Belə ki, “Beşiktaş”ın rəhbəri açıqlamasında Azərbaycanda oynayan peşəkar futbolçuların onlara göstərilməsini, ancaq maaşlarının azərbaycanlı iş adamları tərəfindən ödənilməsini istəmişdi.
Qeyd edək ki, daha əvvəllər də Türkiyə mətbuatında “Beşiktaş”ın Mahir Emrelini transfer etmək istədiyinə dair qeyri-dəqiq informasiyalar yayılıb.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
