23.07.2026 - 18:14
Siyasət 61 baxış

Məxfi xidmətin əməkdaşı Cey Di Vensin səfərlərinə dair məlumat sızdırıb?

ABŞ-nin vitse-prezidenti Cey Di Vensin səfərləri ilə bağlı məxfi məlumatların mediaya sızdırılması qalmaqalı böyüyür.

Minval.info xəbər verir ki, CNN telekanalının məlumatına əsasən, hadisə ilə bağlı ABŞ Məxfi Xidmətinin bir əməkdaşı şübhəli bilinir.

Məlumata görə, daha əvvəl “MS Now” nəşrində dərc olunan yazıda Cey Di Vensin səfər planlarının tez-tez dəyişməsi və ailəsinin təhlükəsizlik məqsədilə ayrılmış dövlət resurslarından istifadə etməsinin Məxfi Xidmət əməkdaşları arasında narazılıq yaratdığı bildirilmişdi.

CNN iddia edir ki, həmin materialın hazırlanması üçün istifadə olunan məlumatlar Məxfi Xidmətin əməkdaşı tərəfindən jurnalistlərə ötürülmüş ola bilər. Eyni şəxsin vitse-prezidentin təhlükəsizlik tədbirləri ilə bağlı digər məlumatların sızdırılmasında da iştirak etdiyi ehtimal edilir.

Bildirilib ki, mediada dərc olunan bu məlumatlar ABŞ Məxfi Xidməti, Federal Təhqiqatlar Bürosu (FTB) və Ağ Ev tərəfindən ciddi araşdırılır. Rəsmilər əməliyyat xarakterli məlumatların ictimaiyyətə açıqlanmasından narahat olduqlarını bildiriblər.

Mənbələrin sözlərinə görə, məlumat sızmasında iştirakı ehtimal edilən əməkdaş barəsində daxili araşdırma aparılır və o, istintaq müddətində inzibati məzuniyyətə göndərilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: