Məşhur türk şirkəti Azərbaycan klubunun sponsoru oldu - RƏSMİ
Neftçi” futbol klubun “Buta Global Enerji-Tekstil” ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Offsideplus.az xəbər verir ki , sözləşmə 2 il müddətinə nəzərdə tutulub.
Tədbirdə “Neftçi”nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, “Buta Global Enerji-Tekstil”in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib.
Razılaşmaya əsasən şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq. İmza mərasimində K.Quliyev M.Ermezə “Neftçi”nin formasını hədiyyə edib.
Qeyd edək ki, “Buta Qlobal Enerji-Tekstil” şirkəti 2012-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilib. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir.

ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək