Məşhur türk baş məşqçi Bakıda - FOTOLAR
Əfsanəvi türk futbolçusu Bülent Korkmaz Bakıya gəlib.
Minval.info xəbər verir ki, türk mütəxəssis Bakıda çəkilən fotolarını “Instagram” səhifəsində paylaşıb. O, səfərin məqsədini açıqlamayıb.
Qeyd edək ki, Bülent Korkmaz futbolçu karyerası ərzində yalnız “Qalatasaray”ın formasını geyinib (1985-2005). İstanbul klubu ilə 23 kubok qazanan müdafiəçi UEFA Kubokunu və Avropa Super Kubokunu qazanan heyətdə yer alıb. 1990-2005-ci illərdə Türkiyə millisində çıxış edən veteran futbolçu 2002-ci ildə Dünya çempionatının, bir il sonra FIFA Konfederasiyalar Kubokunun bürünc medallarını qazanıb.
2007-ci ildən baş məşqçi kimi fəaliyyət göstərən Bülent Korkmaz 2009-2010-cu illərdə “Bakı” klubunu çalışdırıb. Həmçinin “Kayseri Erciyesspor”, “Bursaspor”, “Gənclərbirliyi”, “Qalatasaray”, “Kardemir Karabükspor”, “Başakşəhər”, “Mersin İdman Yurdu”na başçlıq edən mütəxəssis bir neçə gün əvvəl gözlənilmədən “Antalyaspor”dan istefa verib.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək