Məşhur məşqçi hiyləgər dəyişikliyə əl atdı
Futbol üzrə Rumıniya çempionatının II turunda keçirilmiş “Qaz Metan” – ÇFR matçında maraqlı hadisə baş verib.
“Report”un məlumatına görə, CFR-in baş məşqçisi Dan Petresku oyun başlayandan 24 saniyə sonra əvəzetmədən istifadə edib. 53 yaşlı mütəxəssis görüş başlayan kimi 18 yaşlı Alin Fikunu oyundan çıxarıb.
Reqlamentə əsasən, yaşı 21-dən çox olmayan klubun iki yetirməsi start heyətində meydana çıxmalıdır. Fikudan başqa, ÇFR-in digər yetirməsi Valentin Kostaçe ilk dəqiqələrdən meydanda olub.
Rumıniyanın “Botoşani” klubunun baş direktoru Valeri İftime məsələyə münasibət bildirib: “Petroskunun məqsədi meydana daha təcrübəli komanda buraxmaqdır. Bu dəyişiklik qaydalara ziddir. CFR titul qazanmaq üçün hər şey etməyə hazırdır. Amma bu hərəkət qınanılmalıdır”.
Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə sona çatıb.
Dövrünün məşhur rumın futbolçularından olan Dan Petresku karyerası ərzində İtaliyanın “Cenoa”, İngiltərənin “Çelsi” və “Sauthempton” kimi tanınmış klublarının formasını geyinib. 2003-cü ildən məşqçiliyə başlayan 53 yaşlı mütəxəssis 2019-cu ildən CFR-ə rəhbərlik edir.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək