Məşhur loqoların gizli mənaları açıqlandı
Məşhur brend loqolarının bir çoxunda ilk baxışda nəzərə çarpmayan gizli mənalar və simvollar mövcuddur. Bu loqoların dizaynında yer alan detallar, markaların özəl mesajlarını və tarixçələrini əks etdirir.
Minval.info xəbər verir ki, məsələn, “Amazon” loqosundakı ox işarəsi “A” hərfindən “Z” hərfinə qədər uzanaraq, şirkətin A-dan Z-yə qədər geniş məhsul çeşidini təqdim etdiyini simvolizə edir. “Toblerone” loqosundakı dağın içində gizlənmiş ayı fiquru isə markanın doğulduğu Bern şəhərinin simvoluna işarə edir.
“Audi” loqosundakı dörd halqa, 1932-ci ildə birləşən dörd avtomobil istehsalçısını təmsil edir. “Hyundai” loqosundakı “H” hərfi isə şirkət nümayəndəsi ilə müştərinin əl sıxmasını simvolizə edir. “FedEx” loqosunda “E” və “x” hərfləri arasında gizli bir ox, “Carrefour” loqosunda isə ağ hissədə “C” hərfi yerləşir.
“LG” loqosu gülümsəyən insan üzünü, “Pinterest” loqosu isə “P” hərfi ilə yanaşı sancaq formasını əks etdirir. “Apple” loqosundakı dişlənmiş hissənin kompüter elmləri və ya Alan Turinglə bağlı olduğu barədə yayılmış fikirlər doğru deyil. Loqonun dizayneri Rob Janoff bildirib ki, dişlənmə detalı almanın albalı ilə səhv salınmaması üçün əlavə edilib. “Google” loqosundakı yaşıl “L” hərfi isə dizaynın digər rənglərindən fərqli olaraq qaydalardan kənara çıxma ideyasını ifadə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək