Məşhur klubları ərəblərə satan qadın - FOTO
Bir vaxtlar modellik edən ingilis iş qadını Amanda Staveli futbol dünyasında böyük anlaşmalarda iştirak edir.
Fanat.Az xəbər verir ki, 2005-ci ildə Dubayda “PCP Capital Partners” adlı bir şirkət quran Staveli “Mançester Siti”nin ərəblərə satışda iştirak etmişdi. Onun 2008-ci ildə Mançester təmsilçisinin Şeyx Mansura satışından 10 milyon funt-sterlinq qazandığı bildirilir.
Bir müddət əvvəl “Liverpul” ərəb iş adamlarına satmağa çalışan Amanda indi də “Nyukasl”ın satışında iştirak edir. Onun İngiltərə klubunun Səudiyyə Ərəbistanın kral ailəsinə satışı üçün danışıqlar apardığı bildirilir. Bu satışın 300 milyon funt-sterlinq dəyərində olacağı bildirilir.
Qeyd edək ki, Amanda Britaniya şahzadəsi Andrey Vindsorun keçmiş sevgilisidi. Onun “PCP Capital Partners” şirkəti 28 böyük şirkətin kapitalını idarə edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək