Məşhur güləşçi edam ediləcək
İran ABŞ prezidentinin bağışlanmasını xahiş etdiyi güləşçinin edamına qərar verib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı Navid Afkari 2018-ci ildə hökumət əleyhinə aksiyalara qatıldığı üçün iki dəfə edam cəzasına məhkum edilmişdi.
Cəza elan ediləndən sonra qərarın ləğvi üçün İran prezidentinə çağırışlar başlayıb. Çağırış edənlər arasında Donald Tramp da olub. Trampın “Onu bağışlayar və edam etməzsəniz, xoşbəxt olaram” deyə sosial şəbəkədə yazıb.
Trampın çağırışından sonra idmançının 11 dəqiqəlik videosu yayılıb. Videoda o bir nəfəri bıçaqlayaraq qətlə yetirdiyini etiraf edib. Video İranın dövlət televiziyasında yayılıb.
Məlumata görə, İran televiziyası son 10 ildə ən azı 355 etiraf videosu yayıb. Afkarini dəstəkləyənlərin fikrincə, video polisin işgəncəsi nəticəsində lentə alınıb.
Videoda güləşçinin öldürdüyü iddia edilən Hassan Torkamanın nənə və babası da yer alıb. Bir motosiklet üzərində çəkilən videoda Navid Hassanı arxadan bıçaqladığını deyir. Qətlin səbəbi isə açıqlanmır.
İran Ali Məhkəməsi qərarı qüvvədə saxlayıb. İdmançı ilə yanaşı onun qardaşları Vahid 54, Habi 27 il azadlıqdan məhrum edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ